Ağdamda kişi meyiti tapıldı
Ağdam rayonunun Əfətli kəndində 1970-ci il təvəllüdlü İbadov Ələddin Osman oğlunun meyiti aşkar olunub.
Redaktor.az xəbər verir ki, onun su arxına yıxılaraq öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.













