Şabranda mikroavtobus aşdı, 6 nəfər xəsarət ALDI

 22:11 22.07.2023     395

Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Redaktor.az-ın məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.