Cəlilabadda avtomobil motosikletlə toqquşdu

 11:07 23.07.2023     417

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “report”a istinadən xəbər verir ki, qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 1985-ci il təvəllüdlü Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Hazırda Ə. Tağıyev travmatik şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.