4-cü kurs tələbəsi dənizdə batdı - FOTO

 11:45 23.07.2023     642

Cəlilabad rayon sakini dənizdə boğularaq ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə ötən gün Bilgəh çimərliyində baş verib.

Belə ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq dünyasını dəyişib.

Məlumata görə, D.Muradlı Cəlilabad rayonunun Adınalı kənd sakinidir.

2