Yevlaxda iki avtomobil toqquşdu, ölən var

 14:40 23.07.2023     370

Yevlaxda iki avtomobil toqquşub, ölən var.

Redaktor.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobil "VAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində bir qadın dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.