Quba-Xaçmaz yolunda qəza: ölən və xəsarət alan var

 15:23 23.07.2023     482

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən