Şirvanda fəhlə üzərinə divar uçması nəticəsində öldü

 15:56 23.07.2023     366

Şirvanda fəhlə üzərinə divar uçması nəticəsində ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə təmir işləri zamanı baş verib.

Sahibkara məxsus obyektdə arakəsmə divarın uçması nəticəsində Şirvan sakini, 2001-ci il təvəllüdlü Əhmədov Nəriman Fərman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.