Siyəzəndə dənizdə batan şəxslərin kimliyi bilindi - YENİLƏNİB
Siyəzəndə dənizdə batan şəxslərin kimliyi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar kimliyi bəlli olub.
Belə ki, onlar Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğludur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir (report).
22:20
Siyəzəndə dənizdə 3 nəfər batıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.