Xaçmazda 58 yaşlı kişi intihar etdi

 16:24 24.07.2023     257

Xaçmazın Əhmədoba kəndində intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayon sakini, 1965-cı il təvəllüdlü Kərimov İlham Xanbaba oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.