Dənizdə batan daha bir yeniyetmənin cəsədi tapıldı

 18:59 24.07.2023     377

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.