İtkin düşən yerli turistlərin adları məlum oldu

 20:19 24.07.2023     402

Zaqatalada itkin düşən yerli turistlərin adları məlum olub.

Redaktor.az xəbər verir ki, onlar Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Əli Əlizadə və 1999-cu il təvəllüdlü Əbdül Rzayevdir.

Qeyd edək ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.

Onların olduqları yer artıq müəyyən olunub. Hazırda həmin şəxslərin təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.