İsmayıllıda bir ailənin üç üzvü zəhərləndi

 22:13 24.07.2023     336

İsmayıllı rayonunun Mollaisaqlı kəndində zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az-ın xəbərinə görə, kənd sakinləri - 1962-ci il təvəllüdlü Ağakişiyeva Solmaz Bayram qızı və övladları - 1996-cı il təvəllüdlü Şəhlalı Bəhman Tofiq oğlu, 1994-cü il təvəllüdlü Şəhlalı Lazım Tofiq oğlunun axşam yeməyindən sonra halı pisləşib, onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.

Ana və övladları təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.