Söküntü zamanı daşların altında qalıb öldü

 10:34 25.07.2023     246

Şirvanda söküntü zamanı bədbəxt hadisə baş verib.

Redaktor.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərinin birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədov fəhlə kimi divar söküntüsü işini icra edən zaman ölüb. Belə ki, o, mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.