SON DƏQİQƏ: İsmayıllıda evlər və mağazalar yanır - FOTO

 13:16 25.07.2023     537

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.

Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.

Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir (report).

2222