Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlandı

 15:24 25.07.2023     301

Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən