Lənkəranda iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı

 09:35 26.07.2023     247

Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsrət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).