Xırdalanda 68 yaşlı kişi itkin düşdü - FOTO

 10:13 26.07.2023     249

Abşeron rayonu Xırdalan şəhərində yaşayan və yaddaş problemi olan 68 yaşlı Fəqan Daşdəmirov itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat veriblər.

Bildirilib ki, F.Daşdəmirov iyulun 24-də günorta saatlarında Xırdalan şəhəri Quşçuluq massivi Hacı Zeynalabdin Tağıyev küçəsindəki evədn çıxıb və geriyə qayıda bilməyib.

Onun əynində göy köynək və idman şalvarı olub.

Xəstəliyi ilə əlaqədar heç  kimi tanımayan və ünvanları ydaında saxlaya bilməyən şəxsi görənlərdən dərhal polisə məlumat verməsi və ya 0552701747 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.