Qaxda bəy toy günü həmyerlisini bıçaqladı

 11:34 26.07.2023     268

Qaxda bəy toy günü həmyerlisini bıçaqlayıb.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Ləkit kəndində yerləşən şadlıq evində qeydə alınıb.

Hadisə mübahisə əsnasında baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 25 yaşlı Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.