Bakıda maşından 10 min manat oğurlandı

 12:20 26.07.2023     346

Bakıda maşından oğurluq edilib.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məhəmmədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 10.000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.