Məhkəmədə qarşı tərəfin üzərinə tüpürən vəkil cəzalandırıldı

 16:06 26.07.2023     629

Yasamal Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş vəkil Firdovsə Baxşəliyevaya hökm oxunub.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, vəkil Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1000 manat cərimə cəzası təyin edilib.

Bildirilib ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsində baxılan mülki iş üzrə xanım müvəkklinin vəkili qismində iştirak edən F.Baxşəliyeva qarşı tərəflə (müvəkkilinin əri E.Ağayevlə) mübahisə edib. Bu zaman vəkil məhkəmə zalında həmin şəxsə “ailəsindən, arvadından bixəbər” kimi sözlər deyib, həmçinin ona tərəf tüpürüb.

Məhkəmədə F.Baxşəliyeva E.Ağayevə tüpürmədiyini deyib. Həmçinin “ailəsindən, arvadından bixəbər” sözünü təhqir mənasında işlətmədiyini bildirib.

Məhkəmə zalında çəkilmiş görüntülər sübut kimi dəyərləndirib və orada təhqirə yol verilməsi qənaətinə gəlinib.