Dəmiryol vağzalında intihar etmək istəyən şəxs xilas edildi - VİDEO

 09:18 27.07.2023     280

Kürdəmir rayonu, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə  işıq dirəyinə çıxıb.

Redaktor.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.