44 yaşlı kişi cərəyan vurması nəticəsində öldü
Suraxanıda 44 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb.
Baş prokurorluqdan Redaktor.az-a bildirilib ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayevin yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.