Qubada iki maşın toqquşdu, xəsarət alanlar var

 14:14 27.07.2023     236

Qubada yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində iki maşın toqquşub.

"Mercedes" markalı nəqliyyat vasitəsi digər minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.