Maştağa yolunda “KamAZ” dərəyə aşdı - FOTO

 14:24 27.07.2023     253

Zabrat-Maştağa yolunda idarəetmədən çıxan yük maşını dərəyə aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli bildirib ki, hadisənin baş vermə səbəbi sürücünün məsuiyyətsizliyi olub:

“Qəza zamanı ölən və ciddi xəsarət alan olmasa da, “KamAZ”ın çırpıldığı svetefor sıradan sıxıb. Sürücülərdən yollarda xüsusilə diqqətli olmaları xahiş olunur. Bir müddət əvvəl eyni ərazidə qeydə alınmış qəzada Dövlət Gömrük Komitəsinin Akademiyasının bir tələbəsi və bir əməkdaşı vəfat etmişdi”.