Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş bir neçə nəfər xilas edildi

 22:58 27.07.2023     417

Xəzərdə batma təhlükəsi ilə üzləşmiş bir neçə nəfər xilas edilib.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.