İcra başçısının qardaşını oğlu öldürüb - Cinayətin üstü açıldı

 09:16 28.07.2023     563

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Report-a məlumat verilib.

Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən