Qanunsuz qum-çınqıl daşıyan vəzifəli şəxs cərimələndi

 10:36 28.07.2023     206

Bərdədə çay yatağından qanunsuz qum-çınqıl daşıyan vəzifəli şəxs cərimələnib.

Bu barədə Redaktor.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatağından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən "Salehoglu-R" karxanası tərəfindən daşındığı məlum olub.

Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.