Goranboyda maşın aşdı - xəsarət alanlar var

 20:23 28.07.2023     949

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kədinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "QAZ -3110" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. İlkin etimalara görə qəzaya səbəb maşının təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən