Füzulidə silah-sursat aşkarlandı - VİDEO

 09:38 29.07.2023     304

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.