Goranboyda külək fəsadlar törətdi

 10:17 29.07.2023     558

Goranboy rayonunda güclü külək bəzi fəsadlar yaradıb.

Redaktor.az xəbər verir ki, güclü külək səbəbindən gecə saatlarında rayonun bir neçə ərazisində iri gövdəli ağaclar aşıb.

Nəticədə bəzi küçə işıqlandırıcıları sınıb. Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissələrində metal yol ayırıcılarına da zərər dəyib.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir (report).