Bu rayonda qanunsuz torpaq daşınması faktı müəyyən edildi

 12:21 29.07.2023     333

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində "KAMAZ" markalı 99-HL-204 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz torpaq daşındığı müəyyən edilib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə Xidmət rəsmisi Qafar Ağayev məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub.

Nəqliyyat vasitəsinin sürücüsünün kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.