Göygöldə iti güllələyən şəxslə bağlı araşdırma aparılır

 12:28 29.07.2023     278

Göygöldə küçə itinə xəsarət yetirən şəxslə bağlı təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət veriləcək.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Redaktor.az-a bildirib.

Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki sahibsiz itə rəhimsiz rəftar edən və onu atasına məxsus ov silahı ilə atəş açaraq yaralayan şəxsin rayon sakini Yusif Bağırov olması müəyyən edilib.