Binəqədidə açıq ərazidə yanğın başladı

 19:40 29.07.2023     293

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Redaktor.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda deyilir.