Zaqatalada 2 avtomobil toqquşdu, xəsarət alanlar var

 20:14 29.07.2023     350

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən