Həyat yoldaşını öldürüb intihara cəhd etdi

 20:08 30.07.2023     422

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, iyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən