Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurdu

 23:02 30.07.2023     307

Gədəbəy rayonunun Saratovka kəndində piyadanı yük avtomobili vurub.

Redaktor.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1936-cı il təvəllüdlü Qaraqız Məmməd qızı Cəfərovanı “KamAZ” markalı yük avtomobili vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).