Avtomobilin vurduğu piyada komaya düşdü

 09:13 31.07.2023     398

Cəlilabadda avtomobil piyadanı vurub.

Redaktor.az xəbər verir ki, hadisə Cəfərli kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. M.Abıyev ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən