5 otaqlı evdə yanğın oldu

 16:01 31.07.2023     228

Astarada evdə yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Siyaku kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.