Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

 19:08 31.07.2023     316

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.

ANAMA-dan Redaktor.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.