Goranboyda avtobusla minik avtomobili toqquşdu - xəsarət alanlar var

 13:59 01.08.2023     754

Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (report).