Oğuzda yol qəzası - xəsarət alan var

 12:57 02.08.2023     266

Oğuzda yol qəzası olub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Bucaq kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Bəlyar Ənvər oğlu Qafarov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.