Bu rayonda dəhşət - Qadın atasını öldürdü

 16:59 02.08.2023     711

Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakiniAtasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Redaktor.az-a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, stintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. R.Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən