Almatı-Tbilisi reysi ilə uçan təyyarə Bakıya təcili eniş ETDİ

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib.
Bu barədə Redaktor.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.