Ucarda yol qəzası zamanı piyada öldü

 23:03 02.08.2023     318

Ucarda piyadanı maşın vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bərgüşad-Qazyan kənd yolunda qeydə alınıb.

"Ford" markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Rəşidovun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır (apa).