Avtomobilin vurduğu piyada 10 gündən sonra öldü

 09:33 03.08.2023     193

Bakıda avtomobilin vurduğu piyada 10 gündən sonra ölüb.

Redaktor.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi iyulun 24-də paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb.

Belə ki, Maqsud Mirzəzadə idarə etdiyi "Kia Sorento" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Rauf Qasımovu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, 10 gündən sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.