Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edidi
Bu gün Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Zuğulba”, “Mərdəkan” və “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.