Kömürü qanunsuz daşıyan sürücülər cəzalandırıldı - FOTO
Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Redaktor.az-a bildirib ki, avtomobillərə keçirilən baxış zamanı “Qaz-69” markalı, 32-BA-507 dövlət qeydiyyat nişanlı avtomobildə hər birinin çəkisi 5 kq olan 100 kisə, “Mitsubishi” markalı, 10-JN-186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində isə hər birinin çəkisi 4 kq olan 250 kisə kömür aşkar edilib.
“Faktlarla bağlı nəqliyyat vasitələrinin sürücüləri Hikmət Musayev və Kamran Hüseynov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.