Bakıda uşağı zorakılığa məruz qoymuş azyaşlılar müəyyən olundular

 13:00 04.08.2023     328

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".