Sumqayıtdakı güclü yanğında xəsarət alan yoxdur - RƏSMİ

 16:05 04.08.2023     865

Sumqayıtın 10-cu mikrorayon ərazisindəki “Green house” şadlıq sarayının binasının fasad hissəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə cəlb olunub.

Sumqayıt şəhər tibb mərkəzindən bildirilib ki, hadisə zamanı ölən və xəsarət alan yoxdur.

Alovun lokallaşdırması və ətrafa yayılması istiqamətində işlər davam edir.