Mingəçevir su anbarında batan şəxslərin meyiti tapıldı - YENİLƏNİB

 22:05 04.08.2023     665

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

19:58

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.